XƏBƏRLƏR




- 9/7/2015 SHAIB Şamaxı və İsmayıllıda
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS RELİZ - Şamaxı
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi Əhalinin müxtəlif təbəqəsi, əsasəndə aztəminatlı əhalinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə çərcivəsində aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikası təşkil edilmiş və artıq fəaliyyətə başlamışdır. Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icra planına uyğun olaraq 08 iyul 2015-ci il tarixində Şamaxı rayonunda “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsi ilə bağlı içtimai müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında aztəminatlı əhali təbəqəsinə göstərilmiş hüquqi xidmətlər barədə geniş məlumat vermişdir. Tədbirdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov “Aztəminatlı əhalinin inzibati və məhkəmə qaydasında hüquqlarının müdafiəsi formaları haqqında”, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, Zamiq Aslanov “Aztəminatlı əhalinin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri haqqında” və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müşaviri Müqalib Mahmudov “Vətəndaşların sosial hüquqlarının müdafiəsində Ombudsman təsisatının rolu” məruzələrlə çıxış etmişlər. Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İB-nin Şamaxı rayonu üzrə sədri Güllü Babaşova, Əlil Qadınlar Cəmiyyətinin Şamaxı rayon şöbəsinin müdüri Leyla Seyidova, Qadın və Uşaq Problemlərinin Araşdırılması Şamaxı regional bölməsinin sədri Nurlana Maqsudova və digərləri çıxış etmişlər. Sonra layihənin koordinatoru, prof.Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab vermiş və layihənin hüquqşünas-ekspertləri müraciət edənlərə hüquqi yardım göstərilmişdir.
Daha ətraflı: www.rsr.az ,www.udpo.az
SHAİB-in mətbuat xidməti
Bu xəbər 3298 dəfə oxunub
























1.jpg)






































