24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/9/2015 “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi.


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimini giriş sözü ilə açan təşkilatın nümayəndəsi və layihənin rəhbəri Cəsarət Hüseynzadə layihə haqqında məlumat verərək bildirib ki, layihə qeyri-hökumət təşkilatların fəaliyyətinin cəmiyyətə daha dolğun və əlçatanlığının təmin edilməsin hədəfləyir.

Beləki, layihə çərçivəsində QHT- media münasibətlərinin monitorinqi aparılmış, QHT nümayəndələri arasında “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı” devizi altında elektron sorğu keçirilmişdir.

Cəsarət Hüseynzadə bildirib ki, layihənin ən mühüm hissəsi isə heç şübhəsiz layihə çərçivəsində yaradılan Elektron vətəndaş cəmiyyəti portalıdır.

E-vətəndaş cəmiyəti çox funksiyalı bir portal olaraq III sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir.

Beləki, Portal eyni vaxta bir neçə funksiyanı yerinə yetirir.

İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Beləki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada hazırlayib və idarə edə bilərlər.

Məsələn: Milli İnkişaf Mərkəzi www.mim.e-vc.az sub domenini ödənişsiz qeydiyyatdan keçirib, təşkilat haqqında məlumatları bazaya yerləşdirərək bu sayta sahib ola bilər.

Bazada qeydiyyatdan keçmiş təşkilat öz veb saytlarına təşkilat haqqında informasiyaları, koordinatları, fəaliyyətləri haqqında xəbərləri, həyata keçirdiyi layihələr və tədbirlər haqqında materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatları elektron versiyalarını daxil etmək imkanına sahib olacaqdır.

Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt öz fəaliyyətləri haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.

Portalda qeydiyyatdan keçmiş QHT-lərin bazaya daxil etdiyi xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi 10 bölmə üzrə portalda yayımlanır.

Bu funksiyaya sahib olmaq üçün Portal QHT-lərə standart və yaxud VİP üzvlük statusu təklif edir.

Üzvlük statusundan asılı olaraq, daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq.

Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib.

Layihə icraçılara tərəfdən 300 QHT haqqında informasiya həmin bazaya daxil edilib. Bundan başqa portala QHT-lərin icra etdikləri 300 layihə haqqında informasiya və fəaliyyətləri haqqında 400-ə yaxın xəbər və 14 video material daxil edilib.

Layihə rəhbəri fəaliyyət dövründə təşkilata informasiya dəstəyi göstərən Milli QHT Forumuna və Əlil Təşkilatları İttifaqına təşəkkür edib.

 

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyli, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Türkiyə Universitetləri İB-sədri Cingiz Bayramov, Sosial Rifah və Tədqiaqatlar İB-nin sədri Əkrəm Bəydəmirli, İnnovativ Təşəbbüs Mərkəzi İB-nin sədri Əşrəf Əhmədov və digər QHT və media rəhbərləri layihə haqqında fikirlərini və mülahizələrini bölüşdülər.

 

Tədbirin sonunda “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı” devizi altında keçirilən elektron sorğunun ən yaxşı nəticələrinə görə “AzərTac” Azərbaycan Dövlət İnformasiya Agentliyi, “Azadinform” informasiya agentliyi, QHTXEBER.az portalı və Azpress.az xəbər saytı mükafatlandırıldı.

Bundan başqa, Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davamlı işıqlandırdığına görə İTV (İctimai Televiziya), Elektron Vətəndaş Cəmiyyəti layihəsinə verdiyi ictimai dəstəyə görə Mlli QHT Forumunun prezidenti Rauf Zeyni və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli birliyin mükafatları ilə təltif edildi.

 


Şəmsi Əsədullayev xeyriyyə ictimai birliyi
Şəkillər



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3472 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”