24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/11/2015 QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub


QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
+  -  Çap
qhtxeber.az//  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20-ci il dönümünə həsr olunmuş Gənclər Təşkilatlarının II Milli Konqresi başa çatıb.
 
qhtxeber.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən konqresdə dövlət rəsmiləri, ARGTMŞ-ın üzvü olan və qeyri üzv gənclər təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib. 
 
Gənclər Təşkilatlarının II Milli Konqresinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarət olub.
 
Konqres zamanı 2 paneldən ibarət olan “Azərbaycanın Gənclər Siyasəti: Müasir Çağırışlar və Davamlı İnkişaf”  mövzusunda Davos formatında müzakirələr həyata keçirilib.
 
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru, müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyin Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nurəddin Mehdiyev, BMT-nin Əhali Fondunun proqram meneceri Məzahir Əfəndiyevin spikerliyi ilə baş tutan Davos formatında müzakirələrdə gənclərlə bağlı əsas mövzular müzakirə olunub. Gənclər təşkilatlarının nümayəndələri tərəfindən səsləndirilən suallar spikerlər tərəfindən cavablandırılıb, həmçinin gənclər tərəfindən mövzü ətrafında təkliflər verilib. Tədbirin sonunda gənclər təşkilatlarının nümayəndələri təltif olunublar. 
 
Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. 
 
Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Davud Rəhimli
 
 
 
Xatirə
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3260 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”