25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/12/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

 

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şura ilk iclasını keçirib. 
   İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Bu baxımdan hazırda əmək və sosial müdafiə sisteminin bütün sektorlarında aparılan işlərdə biz vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığa, görülən işlərdə ictimai nəzarətin təmin olunmasına xüsusi önəm veririk. Sosial cəhətdən həssas əhali qruplarını əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilində onların rəy və təklifləri diqqətlə öyrənilərək nəzərə alınır”. 
   S.Müslümov həmçinin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 20-dən çox ixtisaslaşmış QHT, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün nazirlikdə akkreditasiya olunmuş 10 qeyri-dövlət qurumu ilə əməkdaşlıq həyata keçirildiyini bildirib: “Ötən ilin sentyabrında isə nazirliklə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da dövlət qurumları ilə həmin Şura arasında əməkdaşlığa dair imzalanan ilk əməkdaşlıq sənədi olub”. 
   Hazırda nazirliyin ümumilikdə 50-yə yaxın QHT ilə əməkdaşlıq əlaqələrində olduğunu qeyd edən S.Müslümov nazirlik yanında İctimai Şuranın yaradılmasının bu sahədə mühüm addımlardan biri olduğunu vurğulayıb: “Məlum olduğu kimi, “İctimai iştirakçılıq haqqında” Qanunda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, qərarların qəbulu və fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar nazirlikdə vətəndaş cəmiyyəti institutlarından ibarət İctimai Şuranın yaradılması qərara alınıb və Şuranın təşkili məsələləri ilə bağlı müvafiq Komissiya yaradılıb”. 
   Nazir qeyd edib ki, aidiyyəti sahələr üzrə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin Komissiyaya müraciət etmələri üçün məlumatlandırma işi aparılıb. Həmçinin bununla əlaqədar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “İctimai Şura” bölməsində ətraflı məlumat yerləşdirilib: “Beləliklə, çoxsaylı QHT-lərin iştirakı ilə keçən toplantıda tam şəffaf və demokratik şəraitdə İctimai Şuranın 15 vətəndaş cəmiyyəti institutundan ibarət tərkibi seçilib.  Şurada təmsil olunan vətəndaş cəmiyyətləri barədə məlumatlar da nazirliyin rəsmi internet saytında yerləşdirilib”. 
   S.Müslümov İctimai Şuranın formal bir qurum kimi mövcud olmayacağına və daim işgüzar ruhda fəaliyyət göstərəcəyinə, müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, əmək, məşğulluq, sosial müdafiə sahələrində qərarların qəbulunda, sosial müdafiə işinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib, İctimai Şuranın üzvlərinə uğurlar arzulayıb.
   Sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
   İclasda çıxış edən İctimai Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər. Onlar nazirlik tərəfindən son illərdə əmək və sosial müdafiə sisteminin şəffaflaşdırılması və müasir texnologiyalar əsasında qurulması yönündə aparılan islahat tədbirlərinin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə daha yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildiriblər.   
İclasda Şuranın gündəliyinin müəyyən olunması və fəaliyyət istiqamətləri müzakirə olunub.

 

 

 

 


 
 
 
 
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3622 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”