25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/4/2016 “Avropa Demokratiya və İnsan Haqları” Fondunun BƏYANATI


Qarabağda təmas xəttində baş verən gərgin silahlı toqquşmalarla bağlı

“Avropa Demokratiya və İnsan Haqları” Fondunun

 

BƏYANATI   

 

    “Avropa Demokratiya və İnsan Haqları” Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərliyi aprelin 1-2- 3-4-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında yerli sakinlərlə görüşərək vəziyyətlə yerində tanış olmuşlar.

    Son günlər Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan ərazilərində yerləşən təmas xəttində baş verən gərgin silahlı toqquşmalar və Ermənistan qoşunlarının, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulmasını və dinc əhalinin yaşadıqları yaşayış sahələrini iri çapli silahlardan, artilleriya və tanklardan atəşə tutması “Avropa Demokratiya və İnsan Haqları” Fondu, Dağlıq Qarabağda Ermənistan silahlı bölmələrinin atəşkəsi pozaraq gücdən istifadəni sərt şəkildə pisləyərək mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənir. Buna görə döyüş əməliyyatları gedən ərazilərdə vəziyyəti stabilləşdirmək üçün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

      Təssüflər olsun ki, 24 ildən artıqdır ki, Avropa Parlamenti keçirtdiyi iclaslarında, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi (822, 853, 874, 884) qətnamələri, Ermənistan dövləti tərəfindən qəbul edilməməsindən, Ermənistandan deportasiya edilmiş, Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından, və hər gün erməni tərəfinin atəşkahı pozaraq atdıqları atəşlərdən dünyasını dəyişən dinc sakinlərin və əsgərlərin həlak olmalarından bircə dəfə də olsun danışmayıb və Qarabağda fəaliyyət göstərən erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qalmış insanların hüquqları bu vaxta kimi təmin olunmamışdır.

     “Avropa Demokratiya və İnsan Haqları” Fondu, Avropa Parlamentinin və ATƏT-in Minsk qrupunun nəzərə çatdıraraq bildirir ki, 24 ildən artıqdır ki, Ermənistan dövləti beynəlxalq insan hüquqları normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyə və vandalizimə hələdə BMT-Təhlükəsizlik Şurası, Avropa Parlamenti və ATƏT-in Minsk qrupu göz yumaraq işlərini təsirsiz bəyanatlar verməklə bitmiş hesab edirlər.  Qarabağda yaşayan ərazilərdə isə bu gündə dinc əhalı hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayırlar.

     BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu, Qarabağın qeyri-şərtsiz erməni işğalçılarndan təxirə salınmadan azad olunmaları barədə, BMT- Təhlükəsizlik Şurasının  qəbul etdiyi dörd qətnaməsinin icra olunmasını və işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan  məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsi barəsində qətnamə hazırlayaraq, sonu gorünməyən təcəvüzə  son qoyulmasına çalışsın. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmş iri dövlətlərin imicinə də münasibət dəyişəcək.

       BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupu, Azərbaycana qarşı ikili standartlara son qoyaraq, Ermənistan-Azərbaycan münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, Ermənistan qoşunlarının, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən dərhal, qeyi-şərtsiz və tərk edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır.

          

                            “Avropa Demokratiya və İnsan Haqları”

                                Fondunun Mətbuat Xidməti                        

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2631 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”