25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/7/2016 “Bacarıqlı əllər” SƏRGİSİ


“Bacarıqlı əllər” SƏRGİSİ 

                                                                 

       26 iyul  2016-cı il tarixdə Gəncə şəhərində yerləşən “Gəncə Bulvarı” Parkında, açıq havada    İstedadlı Əlillər  ictimai birliyi  fiziki məhdud istedadlı insanların əl işlərindən ibarət əsərlərin “Bacarıqlı əllər” adlı  sərgisin  təşkil etmişdir.  Tədbir  Azərbaycan  Respublikasının Prezidenti Yaninda  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Fiziki məhdudiyyəti olan  istedadlı  şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" adlı layhəsi çərçivəsində təşkil olunmuşdur.   “Bacarıqlı əllər” adlı  sərgidə  8  müəllifin 250 ədəd  əl işlərindən  ibarət  əsərlərin satış  sərgisi təşkil olunmuşdur. İstedadlı Əlillər ictimai birliyinin sədri Cavad Qasımov Layihə haqqında geniş məlumat verərək  qeyd etdi ki,  “Tədbirin  keçirilməsində məqsədimiz  fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində  maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır. Qeyd edim ki, bu günkü  sərgiyyə çıxarılan əsərlər müəlliflərin özlərinin iştrakı ilə satışa çıxarılıb. Ümumiyyətlə regionlarda yaşayan fiziki imkanları məhdud istedadlı  insanların fəaliyyətinin inkişaf etdirilməsinə Dövlətimiz həssaslıqla yanaşır və bu sahədə Dövlət proqramları bölgələrdə həyata keçirilir. Mən Gəncə ŞİHB-sı Elmar müəllimin bu sahədə gördüyü işləri xüsusi olaraq vurğulamaq istəyirəm. Bildiyiniz kimi Gəncə ŞİH mütamadi olaraq istedadlı  insanlarımızın əl işlərinin sərgilərini təşkil edir və bu işdə maraqlı olan QHT-na hər cür şərait yaradılır. Fürsətdən istifadə edərək Gəncə ŞİHB-na və kollektivinə Birliyimiz adından təşəkkürümü bildirirəm”...

Tədbirdə çıxış edən Gəncə Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın muxbir üzvü İbrahim Cəfərov çıxışında vurğuladı ki, “Belə sərgiləri bizim Universitetdə də təşkil edin. Bu sərgidə gözəl və mükəmməl əl işləri nümayiş olunur”... İbrahim müəllim və GDAU-nin kollektivi satışa çıxarılan əsərlərdən aldılar.

Tədbirdə Gəncə Şəhər  İcra Hakimiyyətinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri və  Qeyri-Hökumət Təşkilatlarının rəhbərlikləri və nümayəndələri, İctimayyətin nümayəndələri, Ziyalılar, Gəncə  şəhərinin sakinləri və qonaqları iştrak etmişdir. Tədbir Gəncə ŞİH-nin , “Məhsəti Muzeyi”-nin və İstedadlə Əlillər İctimai Birliyinin Gəncə Regional Filialının təşkilatı dəstəyi ilə təşkil olunmuşdur.

Tədbirin iştrakçıları Fəxri Fərman və Diplomlarla təltif edilmişdir.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3009 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”