24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/8/2016 Vətən Fədailəri hərbçilərlə görüş keçirib.


Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” layihəsi çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında cəbhə xəttində yaralanan hərbçilərlə görüş keçirib. 

Görüşdə İctimai Birliyin sədri, Vətən Müharibəsinin I qrup əlili Dadaş Quliyev, hüquqşünas istefada olan zabit, ədliyyə mayoru Telman Əbilov, psixoloq Elxan Xanəlizadə, QHT Şurasının nümayəndəsi Həsən Səmədov və Bakının müxtəlif orta məktəblərindən olan yuxarı sinif şagirdləri, keçmiş döyüşçülər və media nümayəndələri iştirak edib.

Baş Klinik Hospitalın rəis müavini, polkovnik-leytenant Seyfəliyev Kamil Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin layihə çərçivəsində yaralı hərbçilərlə görüş təşəbbüsünü yüksək qiymətləndirib və tədbir iştirakçılarını hospitalın cərrahiyə şöbəsində müalicə alan əsgər, gizir və zabitlərlə görüşündə müşaiyət edib.

Dadaş Quliyev hospitalın müxtəlif palatalarında müalicə alan hərbçilərimizlə görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT Şurasının maliyyə dəstəyi ilə İctimai Birliyin həyata keçirdiyi layihə haqqında ətraflı məlumat verərkən bildirib ki, bu gün Azərbaycan dövləti vətənin keşiyində dayanan hərbçilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır: “Mən keçmiş döyüşçü kimi bu gün sizin hamınızla fəxr edirəm. Sevindirici haldır ki, Ali Baş Komandan İlham Əliyev, Müdafiə Naziri Zakir Həsənov Milli Ordumuzun qürur mənbəyi olmağı üçün böyük işlər görüblər. QHT Şurasının rəhbəri, millət vəkili Azay Quliyevin və Şuranın icraçı direktoru Fərasət Qurbanovun şəxsi təşəbbüsləri oldu ki, aprel döyüşlərində qəhrəmanlıqla döyüşən hərbçilərimizlə görüş keçirək. Bu günkü görüşdə bir daha əmin olduq ki, Vətənimizin sizin kimi oğulları olduğuna görə, düşmənlərə bir qarış torpaq güzəştə gedilməyəcək. Çünki bu Vətəni Sizin kimi övladlar qoruyur. Kiçik də olsa Sizə gigiyenik hədiyyələr paketi gətirmişik. Biz bu hədiyyə paketlərini dövlət vəsaiti hesabına almışıq. İnanırıq ki, bizimlə görüş sizin üçün də xoş xatirə olaraq qalacaq.”

Daha sonra tədbir iştirakçıları İctimai Birliyin hüquqşünası, keçmiş hərbçi Telman Əbilov, psixoloqu, ehtiyatda olan zabit Elxan Xanəlizadə, QHT Şurasının nümayəndəsi Həsən Səmədov çıxış ediblər. Yaralı əsgər, gizir və zabitlərə tezliklə sağalıb xidmətə qayıtmalarını arzulayıblar.

Layihənin psixoloqu Elxan Xanəlizadə hərbçilərə İctimai Birliyin Fəxri Fərmanlarını təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2864 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”