XƏBƏRLƏR




- 1/7/2017 Yeni yol keçidləri
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Bakı, 1 iyul, SalamNews, K.Orxan. Bakı Nəqliyyat Agentliyi “Sovetski” ərazisində salınmış yollarda hərəkətin təşkili istiqamətində işləri davam etdirir.
Agentliyin mətbuat katibi Mais Ağayev SalamNews-a bildirib ki, bu çərçivədə yeni salınmış yollarda müəyyənləşdirilən 18 ədəd eynisəviyyəli piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb.
Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin rahat hərəkət etməsinə imkan verəcək ramplar Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə müasir formada dizayn edilib. Pamplarla yanaşı svetoforla nizamlanan piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq.
Analoji pandusların düzəldilməsi və xəbərdaredici məlumatların yazılması yaxın vaxtlarda paytaxtın digər yollarında da təmin ediləcək. Artıq Bakı Nəqliyyat Agentliyi bununla bağlı xüsusi layihə hazırlayıb.
Onu da qeyd edək ki, BNA-nın təqdim etdiyi layihəyə uyğun olaraq ləvğ edilən “Statistika dairəsi”ndə və dəyişikliklər həyata keçirilən Füzuli meydanında nəqliyyatın hərəkətini tənzimləyəcək svetoforların yeri artıq müəyyənləşdirilib. Hazırda ərazidə müvafiq tikinti quraşdırma işləri aparılır.
Bu xəbər 2604 dəfə oxunub
























1.jpg)






































