XƏBƏRLƏR




- 7/7/2017 Yoxsulluğun azaldılması məqsədilə təlimlər
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 nəfər qadın və qız üçün dərzilik, toxuculuq və əl işlərinin hazırlanması üzrə peşə təlimlərinin keçirilməsi, sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə sahibkarlıqla məşğul ola bilmələri üçün imkanların yaradılmasıdır.
3 ay ərzində benefisiarlara müxtəlif geyim növlərinin hazırlanması, toxuma, hazır tablolar üzərində naxış tikmə kimi bacarıqlar aşılanacaq. Həmçinin layihə iştirakçılarının gələcəkdə sahibkarlıqla məşğul olmaları üçün onlara ekspert tərəfindən “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda təlimlər keçirilir.




Sahibkarlıq mövzusunda keçirilən təlimlər Binəqədi Rayon Gənclər Evində baş tutub. Ekspert Rəşad Həsənov tərəfindən aparılan təlimlərdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin yeni təyin olunmuş rəisi Elvin Aslanov görüşdə iştirak edərək layihə iştirakçılarına uğurlar arzulayıb və gənclərin də iştirak etdiyi QHT layihələrinin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də Gənclər Evi tərəfindən belə layihələrə dəstək veriləcəyini bildirib.
Davud RƏHİMLİ
Bu xəbər 3073 dəfə oxunub
























1.jpg)






































