XƏBƏRLƏR




- 1/8/2017 Psixoloji dəstək və səyahət turları
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
PRESS-RELİZ
Sumqayıt şəhəri 01.08.2017-ci il
Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.08.2017-ci il tarixindən əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili layihəsnin icrasına başlamışdır.
Layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiya olunmasında yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif tədbirlər və layihələrdə iştirakı, sosial aktivliyi tədbirin məqsədləri sırasına daxildir.
O, cümlədən əlilliyi olan şəxslərə psixoloji dəstək olaraq, asudə vaxtının səmərəliliyinin artırılması üçün milli-mənəvi abidələrə ekskursiyaların təşkili, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunmasına, əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsini təmin etməyi nəzərdə tutur.
Layihə çərçivəsində Sumqayıt, Şəki və Quba turları təşkil olunacaqdır.
Layihə rəhbəri : Səbinə Kərimova
Bu xəbər 2491 dəfə oxunub
























1.jpg)






































