XƏBƏRLƏR




- 5/9/2017 Əlilliyi olan şəxslərin İsmayıllı rayonuna səfəri
Əlilliyi Olan Şəxslərin ekskursiyası davam edir..
Sumqayıt şəhəri 05.09.2017-ci il
"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını davam etdirir. Sentyabrın 4-də layihə çərçivəsində İsmayıllı rayonuna ekskursiya baş tutub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin məqsədindən danışdı. Layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Şəki,İsmayıllı turundan sonra qarşıda olan Quba turu barədə də iştirakçılara məlumat verdi.
O, cümlədən əlilliyi olan şəxslərə psixaloji dəstək olaraq, asudə vaxtının səmərəliliyinin artırılması üçün milli-mədəni abidələrə ekskursiyalarını təşkil etmək, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunmasına, onların sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsini təmin etməyi nəzərdə tutur.
Sonra iştirak edən təşkilatın psixoloqu Deniz Göksel və Cıraq Uşaq İnkişaf Mərkəzi İB-nin sədri Zeynəb Hacıyev öz ürək sözlərini iştirak edən əlilliyi olan şəxslərə bildirdilər. Ekskursiya əlilliyi olan şəxslərin gəzinti və maraqlı əyləncələri ilə davam etdirildi.


Layihə rəhbəri Səbinə Kərimova
Bu xəbər 2782 dəfə oxunub
























1.jpg)






































