XƏBƏRLƏR




- 14/9/2017 Şuranın dəstəyi ilə layihə davam edir
Şuranın dəstəyi ilə Əlilliyi Olan Şəxslərin layihəsi davam edir.
Sumqayıt şəhəri 14.09.2017-ci il
"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını davam etdirir. Sentyabrın 14-də layihə çərçivəsində könüllü olmağın yeddi qaydası adlı təlim baş tutub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin məqsədindən danışdı. Layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Layihə çərçivəsində təşkilata cəlb olunan könüllülər köönüllü olmağın əsas qaydaları ilə tanış olacaqlarını və gələcəkdə öz işlərində bu qaydalara əməl edəcəklərini xüsusi vurğuladı. Könüllülük bu gün milyonlarla insanın şəxsi və karyera inkişafına imkan yaradır, cəmiyyətin rifahına xidmət edir.
Təlimçi Səfanə Dadaşzadə könüllü olmaq üçün hansı qaydalara əməl olunmalı adlıq təlimində,könüllülüyün insanın həm özünə, həm də cəmiyyətə verə biləcəyi faydalardan danışdı. Könüllülük sayəsində biz insanlara və ətrafa daha duyarlı baxmağı bacara bilməyi, qrup işi, motivasiya və ünsiyyət qurma bacarıqlarını qazanmaq və s. kimi bacarıqlara yiyələnirik. Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsində, dəyərlərin meydana gəlməsində, sosial problemlərin ortaya çıxmasında, fərqli həlli yollarının ortaya çıxmasında çox vacib bir amildir.Siz öz gələcəyinizi, gələcəy karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə o zaman ilk olaraq hansısa humanitar , beynəlxalq təşkilatda və yaxud Sizin karyera üçün seçdiyiniz sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərəməyə başlayın. Çünki gələcəkdə bu Sizə çox böyük avantajdır. Hətda universitetinizin, təhsilinizin Sizə verə bilmədiyi avantajı, yüksəkliyi, hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyirini həyatınız boyu hər zaman görəcəksiniz.
Sonda təlim müzakirələrlə yekunlaşdı.


Bu xəbər 2625 dəfə oxunub
























1.jpg)






































