25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/9/2017 Sosial problemlərinin həllinə ictimai dəstək


<h3 style="box-sizing: border-box; font-family: " helvetica="" neue",="" "helvetica="" helvetica,="" arial,="" sans-serif;="" line-height:="" 1.1;="" color:="" rgb(0,="" 0,="" 0);="" margin-top:="" 20px;="" margin-bottom:="" 3px;="" font-size:="" 24px;"="">  

Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında növbəti tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Ictimai Şuranın üzvü Rövşən Ağamalıyev tədbirə başlamazdan öncə tədbir iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və digər soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra Rövşən Ağamalıyev çıxış edərək həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. 

Amma çöx təssüflər olsunki, bütün bunlara baxmayaraq şəhid ailələri, müharibə veteranları və əlillərin bir sıra problemləri hələ də qalmaqdadır: Təşkilatımıza edilən müraciətlər əsasında onu demək olar ki, bu gün şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılmağına baxmayaraq hələ də bu təbəqədən olan insanların mənzil, təhsil, və digər sosial problemləri var. Sözügedən təbəqəyə aid olanlar mənzil almaları üçün lazım olan sənədlərin toplanması və siyahıya düşmək üçün hansı aidiyyatı quruma müraciət etməli olduğunu bilmir.

Buna görədə həyata keçirilən layihə çərçivəsində SOSİALXƏBƏR.AZ saytında şəhid ailələri, müharibə veteranları və bu təbəqədən olan vətəndaşlarımızın maarifləndirilməsi məqsədi ilə xüsusi bölmə yaradılıb. O bölmədə sözügedən təbəqəyə aid olan bütün hüquqi-normativ sənədlər yerləşdirilib. Həmçinin qaynar xətt də fəaliyyət göstərir ki, bu qaynar xətt vasitəsi ilə istənilən şəxs müracit edə və qarşılaşdığı problemlərlə bağlı ətraflı məlumat ala bilərlər. Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov həyata keçirilən layihə haqqında çıxış edərək qeyd etdi ki, bu gün başda şəhid ailələri olmaqla, müharibə veteranları, əlilləri sosial problemlərinin həlli ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən dövlətin daim diqqət mərkəzindədədir. 

Cəlil Xəlilov xususi ilə vurğuladı, ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb: “Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. 

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin mövzusu haqında Ülu öndər Heydər Əliyevin kəlamı ilə başlayaraq qeyd etdi ki, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir! 
Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Ülu öndər Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanaraq davam etdirilir. 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Ictimai Şurasının sədr müavini Davud Rəhimli, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədri Soltan Əzimov, Azərbaycan Milli Qəhrəmanlarının Tanıtma İçtimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Baş müşaviri ehtiyatda olan polkovnik Elşad Şabanov ehtiyatda olan polkovnik-lenytenat İbrahim Ağacanov, ehtiyatda olan polkovnik-lenytenat Cabir Kazımov və başqaları çıxış edərək həyata keçirilən “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsini və layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə istiqamətində keçirilmiş tədbirləri müsbət dəyəndərdirdilər.

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3853 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”