24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/10/2017 “Görmə həftəsi”


Bu gün ölkəmizdə 40 minə yaxın gözdən əlilliyi olan şəxs var. Onların 8 minə yaxını uşaqlardır. Oftalmoloqların dediyinə görə, vaxtında müayinə və müalicələrə cəlb olunmaqla onların 80 faizini sağaltmaq mümkündür. Ona görə də təşkil edilən bu tədbir çox təqdirəlayiqdir və gözdən əlilliyin qarşısının alınmasında və sağlam nəslin formalaşmasında əhəmiyyətli işdir.

Bu barədə Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev “Görmə həftəsi” çərçivəsində əlilliyi olan şəxslərə göstərilən tibbi müayinə tədbirindən əvvəl təşkil edilən mətbuat konfransında məlumat verib.

O, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə birgə təşkil edilən tədbirin cəmiyyətin həssas təbəqəsinə olan qayğı nümunəsi kimi qiymətləndirib.

Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyeva tədbirdə çıxış edərək deyib: “Dünyada yaşayan 7 milyard əhalinin təxminən 300 milyonu görmə zəifliyi ilə üzləşir, 40 milyon nəfərə yaxın isə korluqdan əziyyət çəkir. Görmə problemindən əziyyət çəkənlərin 82 faizini yaşı 50 və daha yuxarı olan sakinlər təşkil edir. Hazırda dünyada 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin və korluğun qarşısını 80 faiz azaltmaq uğrunda mübarizə xətti götürülüb. Görmə problemləri ilə əlaqədar ölkəmizdə qəbul edilən proqramlar da əhalinin bu sahədə sağlamlıq vəziyyətinin yaxşılaşmasına yönəldilib”.

O, hər cür müasir tibbi avadanlıqlarla təchiz olunmuş və Qafqazda ən böyük oftalmoloji müəssisə olan Milli Oftalmologiya Mərkəzinin bu sahədə apardığı işlər və gördüyü tədbirlər barədə məlumat verib. 2005-ci ildən mərkəzdə yaradılan səyyar klinikanın fəaliyyətindən danışarkən qeyd edib ki, indiyədək 21 min 645 xəstə müayinə olunub və 2,5 min xəstə üzərində uğurlu əməliyyatlar aparılıb. Səyyar klinikanın əməkdaşları həm paytaxtdakı bağça və məktəblərdə, ayrı-ayrı müəssisələrdə, həm də bölgələrdə, xüsusilə ucqar yaşayış məntəqələrində dispanserizasiya tədbirləri həyata keçirir.

Gözdən Əlillər Cəmiyyətində təşkil edilən səyyar yoxlama zamanı 100-dən çox xəstə oftalmoloji müayinədən keçirilib, 20-dən çox xəstəyə görmə qabiliyyətini yaxşılaşdırmaq üçün eynəklər verilib.

Səyyar klinikanın əməkdaşları qeyd ediblər ki, noyabrın əvvəllərində Şəmkir və Tovuz rayonlarında da oftalmoloji müayinə tədbirləri aparılacaq.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2893 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”