XƏBƏRLƏR




- 20/12/2017 Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.
İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 20-də Bakıda Autizmlilər İdman Klubu İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova, ikiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin digər nümayəndələri, Türkiyədən gələn nümayəndə heyəti və «Neftçi», «Xəzər», «Səbail» futbol klublarının rəsmiləri, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, bir sıra özəl və dövlət şirkətləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Fuad Muradova Autizmli uşaqlarla bağlı belə tədbirlərin tez-tez təşkil etdiyi üçün AİK rəhbəri Elnur Məmmədova uğurlar arzulayıb. Fuad Muradov həmçinin öz növbəsində ölkədə autizmli uşaqlara xüsusi qayğı göstərilməsini və bunun artıq qanunvericiliyə salınması ilə bağlı işlərin getdiyini də açıqlayıb. Tədbirin sonunda üç nominasiya üzrə mükafatlar təqdim olunub.
“İlin ən yaxşı təlimçisi” adına Alim Qasımov, Nail Səfərov, Sərvər Halaylı Zaur Hüseynov və İlham Osmanlı layiq görülüblər. Toğrul Mirzəyev,Asim Fərzəliyev, Kamal Bayramov, Xaqan Əliyev, İsmayıl Ağayev və Elnar Məmmədov “İlin ən yaxşı idmançısı” nominasiyasında fərqləniblər. “İlin ən yaxşı idman klubu” nominasiyasında mükafat Bakı Autizm İdman Klubuna təqdim olunub.

Davud Rəhimli
Bu xəbər 3156 dəfə oxunub
























1.jpg)






































