XƏBƏRLƏR




- 16/3/2018 Əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Milli Avtomobil Klubu
“Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” adlı tədqiqat layihəsinin nəticələrinə dair
İlkin Təkliflər Toplusu
16.03.2018
Azərbaycan Respublikası 2009-cu ilin yanvar ayında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını regionda ratifikasiya edən ilk ölkə olmuşdur. Bunu etməklə, Azərbaycan üzərinə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrsiyasını təmin etmək üçün qanunvericilikdə əlavələr, dəyişikliklər, yeni xidmətlərin yaradılması kimi öhdəliklər götürmüşdür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bərabər imkanlı cəmiyyət yaradılması, yəni onların mövcud sosial xidmətlərdən, məşğulluq, təhsil imkanlarından rahat istifadə edə bilməsi üçün nəqliyyat və yolların müyəssərliyinin təmin edilməsi vacib komponentlərdən biridir. Nəqliyyat-yol təhlükəsizliyi sitemi olmadan əlilliyi olan şəxslərin cəmiyyətə integrasiyası mümkün deyildir, bu isə ölkənin ümumi inkişafına təsir edən amillərdəndir.
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyi 2017-ci ildə Bakı və Gəncə şəhərlərində əlilliyi olan şəxslərin nəqliyyat-yol infrastukturunda üzləşdiyi çətinlikləri müəyyənləşdirmək məqsədilə “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” adlı tədqiqat layihəsi həyata keçirmişdir. Tədqiqatın nəticələrinin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, müyəssər nəqliyyatın olmaması əlilliyi olan şəxslərin cəmiyyətin həyatında fəal iştirakı üçün bir sıra fiziki və psixoloji maneələr yaradır ki, bu da insanların iş yerlərinə, təhsil müəssisələrinə getməsi, eləcə də ictimai-mədəni tədbirlərdə iştirakını və mövcud sosial və tibbi xidmətlərdən istifadəsini məhdudlaşdırır və ya tamamilə cəmiyyətdən təcrid edir. Əlilliyi olan şəxslərin cəmiyyətdə üzləşdiyi maneələr onların sosial, siyasi və iqtisadi hüquqlarının təmin edilməsini çətinləşdirir. Nəticədə əlilliyi olan şəxslərin özünəinam hissləri aşağı düşür, cəmiyyətdə onlara qarşı yanlış fikirlər formalaşır, bəzən isə cəmiyyətdən təcrid olunaraq, özlərinə qapanırlar.
AMAK tədqiqat zamanı müəyyən edilmiş çətinliklərin aradan götürülməsi və ya qarşısının alınması üçün aidiyyatı hökumət qurumlarına təqdim etmək məqsədilə təkliflər toplusunun ilkin versiyasını hazırlamışdır. Verilən təkliflərin Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və bu sahədə Azərbaycanın regionda lider ölkə olmasına kömək edəcəyinə inanırıq. Təkliflərin hazırlanmasında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin məsləhətləri nəzərə alınmışdır.

Bu xəbər 2673 dəfə oxunub
























1.jpg)






































