25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Masazır


Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş

ictimai maarifləndirmə tədbirləri davam etdirilir

 

“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə keçirilib.

Məktəbin direktor müavini Ofelya Məmmədova tədbiri açıq elan edib və vurğulayıb ki, ümumtəhsil məktəblərində bu kimi tədbirlərin keçirilməsi inklüziv təhsilin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.  

Birliyin rəhbəri Şükufə Məmmədova isə tədbir iştirakçılarını salamlayaraq, belə bir vacib layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkil edilməsində yaradılan şəraitə görə isə yerli icra hakimiyyətinə, təhsil şöbəsinə və məktəb rəhbərliyinə minnətdarlığını bildirib.

Layihəyə ekspert qismində cəlb olunmuş sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı öz çıxışında ölkəmizdə inklüziv təhsil sahəsində mövcud vəziyyət,  habelə layihənin əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Bildirib ki, BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixdə qəbul edilmiş və 2008-ci ildən ölkəmizin də qoşulmuş olduğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğu təşviq edir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuş, “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün İnkişaf Proqramı”nın icrası olaraq inklüziv təhsil sahəsində               3 pilot layihə üzrə 13 məktəbəqədər və 15 ümumi təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb edilib. Hazırda isə Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu arasında 2014-cü il tarixində  imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq, icrası 3 tədris ilidir ki, davam etdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki pilot müəssisələr  kimi müəyyən edilmiş 138, 202, 220 və 255 nömrəli ümumi təhsil məktəblərində inklüziv təhsil cəlb olunan uşaqların sayı cəmi 40 nəfərdir.    

Təqdirəlayiq hal kimi vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda bu qəbildən olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) doktorantı, “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai birliyinin üzvü Gülnar Vəliyeva isə öz təqdimatında bildirib ki, inklüziv təhsil cox geniş bir anlayış olsa da, Azərbaycanda inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlarla birgə təhsil alması mənasında başa düşülür. Əslində isə inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi deməkdir. Əlilliyi olan uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. Beləliklə də inklüziv təhsilin əsas məqsədi bu qəbildən olan uşaqların təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdir.

“Azimut” Tədris Mərkəzinin direktoru Zərnişan Kazımova və psixoloq-loqoped Ləman Rəfiyeva öz çıxışlarında əlilliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılması sahəsində görülən işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Davud R'himli

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb və ARTİ-nin İnklüziv təhsil şöbəsinin müdiri, p.ü.f.d Lalə İmanova tərəfindən tərtib edilmiş “İnklüziv təhsil  beynəlxalq norma kimi” adlı maarifləndirici buklet iştirakçılara paylanılıb.

 Mətbuat xidməti

 

 

   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2690 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”