25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/9/2018 İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq


DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində

aparılan işlər müzakirə olunub

İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə  cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə “e-sosial” internet portalının yaradılması istiqamətində konkret işlər aparılır. DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyin və mərkəzlərin yaradılması üçün aparılan işlərin müzakirəsi məqsədilə nazirlikdə keçirilən iclasda bildirib.

S.Babayev qeyd edib ki, Agentliyin və mərkəzlərin təşkilati strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı, bu xidmətlərin göstərilməsi qaydası da hazırlanır. Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.

Nazir bildirib ki, həmçinin müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmaqdadır. Qeyd olunan istiqamətlərdə, habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulması, elektron sistemlərin qarşılıqlı inteqrasiyasının təmin olunması, “e-sosial” internet portalının və sosial reyestrin formalaşdırılması işləri yaxın vaxtlarda başa çatmalıdır. Mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.

İclasda müvafiq sahədə aparılan işlər barədə məlumat verilib. Bildirilib ki, DOST mərkəzlərində göstəriləcək yardımçı xidmətlər də müəyyən edilib. Buraya cari bank hesablarının açılması, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası, inzibati xətalara dair cərimələrin qəbulu və s. daxildir.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4259 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”