25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/10/2018 "Daktil Öyrənək-Daktil Əylənək"


04 oktaybr 2018-ci il tarixdə "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmiş "Daktil Öyrənək-Daktil Əylənək" Layihəsinin təqdimat tədbiri haqqında

 

MƏLUMAT

 

  

TƏDBİRİN MAHİYYƏTİ:

Tədbir  Azərbaycan Respublikasının prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyəti İctimai Birlikləri tərəfindən icra edilmiş “Daktil öyrənək - daktil əylənək”  layihəsinin təqdimatına həsr olunmuşdur.

 

TƏDBİRİN TƏŞKİLATÇILARI:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"

2. Əlil Ziyalılar İctiami Birliyi

3. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi

 

TƏDBİRİN KEÇİRİLDİYİ YER VƏ VAXT:

Tədbir  04 oktyabr  2018-ci il tarixdə "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə təşkil olunacaq.

                                                                             

                                                                     TƏDBİR  HAQQINDA

         Hörmətli tədbir iştirakçıları!

Layihə çərçivəsində  Azərbaycanda ilk dəfə olaraq görmə imkanları məhdud  uşaqlar  üçün daktil  (yəni əllə hiss olunan) kitabların, dərs vəsaitlərinin və intellektual oyuncaqların hazırlanmasına başlanmışdır. Əlillərin məşğulluq  problemlərinin həllinə dəstək məqsədi ilə vəsaitlərin hazırlanması prosesi görmə imkanları məhdud şəxslərə öyrədilmişdir. Daktil kitablardan, vəsaitlərdən və oyuncaqlardan istifadə kor və zəifgörən uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının surətləndirilməsinə  və ətraf aləmin görüntülü (təxəyyüldə formalaşmış) şəkildə dərk edilməsinə xidmət edəcəkdir.

Layihə çərçivəsində icra edilmiş  fəaliyyətlər  “Əlilliyi olan şəxslərin hüquqları haqqında  konvensiyanın”, Azərbycan  Respublikasının Konstitusiyasının  və ölkənin prezidenti  Cənab İlham Əliyevin  “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI”nın başlıca tələbi olan  imkan və hüquq bərabərliyinin  təmin edilməsinə  yönəldilmişdir.

Sevindirici haldır ki, "Daktil öyrənək-Daktil Əylənək" layihəsinin təqdimat tədbiri yenicə istifadəyə verilmiş "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmişdir. Mərkəz MDB dövlətləri arasında analoqu olmayan bir mərkəzdir. Bərpa Mərkəzində görmə imkanları məhdud şəxslərin tibbi, peşə, sosial, əmək, idman reabilitasiya və abilitasiyalarının təşkili üçün  beynəlxalq standartlara cavab verən şərait yaradılmışdır. Mərkəzdə görmə imkanları məhdud şəxslər 3 ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər sahələrinə yiyələnərək, gələcək həyatlarında əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə öz məşğulluq problelərini həll etmək üçün və Cəmiyyətə inteqrasiya olunmaları üçün dəstək olacaqdır.

"Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"nin xidmətləri ilə maraqlanan şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2462 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”