25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2018 İctimai Şuranın növbəti iclası keçirilib


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Eurasia Diary xəbər verir ki, iclasda Şuranın 2018-ci il hesabatı və il ərzində görülən işlər müzakirə olunub. Şura tərəfindən aparılan monitorinqlər, ictimai dinləmələrə dair fikir mübadiləsi aparılıb. İclasda  ƏƏSM nazirliyində aparılan kadr dəyişiklikləri, islahatlar, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər müsbət qiymətləndirilib. Bununla yanaşı son vaxtlar ƏƏSM nazirliyinin özünü məşğulluq proqramı barədə bəzi insanlar tərəfindən neqativ fikirlərin yayılması məsələsi də müzakirə olunub. Bildirilib ki, son vaxtlar həqiqətən də həm özünü məşğulluq proqramı, həm də sosial siyasətin nəzərdə tutduğu digər proqramlar üzrə geniş işlər aparılır. “Bəzən hər hansı bir icra məmuru tərəfindən törədilən xırda nöqsanla görülən işlərin, aparılan islahatların üzərinə kölgə salmaq doğru deyildir” deyə İctimai şura sədri Umud Mirzəyev bildirib. O, bir neçə gün əvvəl nazirliyin müharibədən zərəçəkən ərazilərdə keçirdiyi səmərəli görüşlərə diqqət çəkib, şəffaflığın, əlçatanlığın, ünvanlılığın təmin edilməsi istiqamətindəki səylərdən danışıb.

İctimai şura üzvləri nazirliyin gördüyü işlərdə, yerinə yetirilən proqramlarda şura üzvlərinin mütəmadi iştirakının vacibliyini qeyd ediblər. “Vətəndaş cəmiyyətinin görülən işlər barədə mütəmadi olaraq məlumatlandırılması, aparılan islahat prosesinə cəlb edilməsi görülən işlərin cəmiyyətə vaxtında çatdırılması, həm ictimaiyyət nümayəndələrinin maarifləndirilməsi baxımından, həm də vətəndaşların sosial proqramlardan doğru, düzgün yararlanması baxımından  önəmlidir” deyə Rauf Zeyni bildirib. Şura üzvü Zaur Quliyev özünüməşğulluq proqramının yerinə yetirilməsində şəffaflığın təmin olunması üçün ictimai nəzarətin gücləndirilməsi və monitorinqlərin aparılması məsələlərinə toxunub.

Çıxış edən Şura üzvləri Əliməmməd Nuriyev və Mayis Əliyev də son dövrlər nazirliyin ünvanına deyilənləri haqsızlıq adlandıraraq, görülən mütərəqqi işlərin, innovativ yeniliklər sayəsində şəffaflığın təmin edilməsi sahəsində aparılan sosial siyasətin ölkəmiz üçün əhəmiyyətindən danışıblar. Mehdi Mehdiyev ölkəmizdə aparılan sosial siyasətə, əldə olunan uğurlara kölgə salamq istəyən şəxslərin, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən qüvvələrin neqativ fəaliyyətindən söz açıb. Şura üzvləri Mehdi Mehdiyev, Davud Rəhimli və Məmmədhəsən Həsənov qərar qəbul etmə prosesi zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin iştirakından, qarşılıqlı faydalı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıblar.

Daha sonra ƏƏSM nazirliyi yanında İctimai Şuranın 2019-cu il üçün fəaliyyət planının ilkin istiqamətləri müzakirə edilib, Şura üzvləri İradə Rzazadə, Akif Kərimov və Mehriban Zeynalovanın təklifləri dinlənilib.    

1

 
1
 
1
 
1



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1997 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”