25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/3/2019 “Müyəssər Metro”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni”

QSC arasında Anlaşma Memorandumu imzalandı

 

İki qurum əlilliyi olan şəxslər üçün “Müyəssər  Metro” layihəsinin icrası və

sosial xarakterli reklam və təşviqat materiallarının metroda 

yayımlanması sahələrində  əməkdaşlıq edəcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında  Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlandığını, hazırda imzalanan Memorandumda da bununla bağlı əməkdaşlıq istiqamətlərinin əksini tapdığını deyib.

A.Əliyev sosial mövzularda geniş ictimai məlumatlandırma, təşviqat işlərinin aparılmasında da birgə layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

«Bakı Metropoliteni» QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. H.Məmmədov bu işlərdə metro infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi məsələsinin ön planda saxlandığını bildirib. O, imzalanan Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində “Bakı Metropoliteni” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında  əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Sonra A.Əliyev və H.Məmmədov Memorandumu imzalayıblar.

Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər  Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz istifadəsi ilə bağlı digər layihələrin hazırlanması və həyata keçirilməsi, Nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

Gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da sənəddə nəzərdə tutulub.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ   

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2121 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”