25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/8/2019 “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”


 

 

Press Reliz

№ 11/CRRC                                                                           22 avqust 2019 –cu il

   “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Ismayıllı rayonunda Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada İsmayıllı rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, səhiyyə, mədəniyyət, ərazilər üzrə icra nümayəndələri, QHT təmsilçiləri, əlilliyi olan şəxslər iştirak etmişlər. Dəyirmi masanı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açaraq xidmət iştirakçılarını təqdim etmişdir. Tədbirdə koordinatoru, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ Respublikamızda əlillik sahəsində, xüsusilə son illərdə minimum əmək haqqı, pensiya və social müavinatların artırılması, özünəməşğulluq, social xidmətlərin göstərilməsi sahələrinin daha da genişlənməsini kimi fəaliyyətlərin əhəmiyyətini qeyd etdi.

     Sonra fəaliyyət çərçivəsində keçən müddət ərzində İsmayıllı rayonunun Lahıc və Basqal qəsəbələri və ətraf kəndlərdə əlilliyi olan şəxslərlə görülən işlər, göstərilən hüquqi xidmətlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 9 ərazi vahidi üzrə əlilliyi olan şəxslər, onların valideynləri ilə 5 fokus qrup keçirilmiş, 130 nəfər təlimlərə cəlb olunmuş, 97 nəfərə hüquqi xidmətlər göstərilmiş, 7 nəfərə rastlaşdıqları problemlər üzrə yardım göstərilmişdir. Təqdimatda xidmət  zamanı əlilliyi olan şəxslərin və onların ailələrinin rastlaşdıqları problemlər və onların hüquqi müstəvidə həlli yolları  qeyd olunmuşdur. Rastlaşılan əsas problemlər əlilliyin təyin olunması, təkərli kürsülərin alınması, Bərpa mərkəzlərində reabilitasiya, özünəməşğulluq kimi olmuşdur.

   Tədbirdə rayon xəstəxanasının həkimi Aydın Əsədov əlilliyin təyin olunması zamanı rastlaşılan problemlər və onların həlli yolları haqqında fikirlərini bildirmişdir. Digər çıxış edən aidiyyatı orqanların nümayəndələri görülən işlər və problemlər barədə təkliflərini bildirdilər.

    Sonra əlilliyi olan şəxslərin və onların ailələrinin əsas rastlaşdıqları problemlər onlara uyğun təkliflər və hüquqa çatım yolları haqqında təkliflər paketi iştirakçıların diqqətinə çatdırılmışdır.

    Tədbir iştirakçıları görülmüş işlər, gələcəkdə iş əsnasında olunacaq müraciətlərə baxılmasını, hüquqi xidmətlərin göstərilməsi yollarını  müzakirə etmişlər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanmışdır.

      Davud Rəhimli Əlil Təşkilatları İttifaqı adından belə bir əhəmiyyətli layihənin İsmayıllı rayonunda yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Mərkəzinə, Lahıc və Basqal qəsəbələrinin yerli özünüidarəetmə orqanlarına öz təşəkkürünü bildirmişdir.

    Qeyd olunmuşdur ki, bu fəaliyyətlərin nəticəsi və gələcəkdə davam etdirilməsi üçün benefisiarlar üçün 1000 tirajla nəşr hazırlanaraq aidiyyatı üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.

   Bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.

Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Mətbuat Xidməti

 

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2299 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”