25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/11/2019 BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.


Bakı, 29 noyabr - Bu gün bir sıra hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

Akselerator Laboratoriyası, iqlim dəyişikliyi, yoxsulluq və artmaqda olan bərabərsizlik halları kimi qlobal problemlərin yeni həll yollarını sınaqdan keçirmək və dəyərləndirmək üçün dünyanın 78 ölkəsində fəaliyyət göstərən 60 laboratoriyadan ibarət şəbəkəyə qoşulacaqdır.

BMTİP, Almaniya və Qətər Fondu tərəfindən dəstək olunan bu Laboratoriyalar 21-ci əsrdə inkişafın sürətlə dəyişən reallıqlarına cavab vermək üçün real vaxtda əldə edilən məlumatların yeni mənbələri və sınaqlarla birgə yerli ideyaları bir araya gətirəcəkdir.

“Bizim 2030-cu ilədək 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün cəmi 10 il vaxtımız var – buna görə də burada sürət vacib məqamdır. Məqsədlərə nail olmaq istiqamətində tələb olunan sosial və iqtisadi dəyişiklərə başlamaq üçün biz daha dərin, sürətli və daha məqsədyönlü tədbirlər görməliyik. Biz məqsədlərə nail olmaq üçün sürətli yol tapmalıyıq və sürətləndirilmiş həll yollarını müəyyənləşdirməliyik. Akselerator Laboratoriyası bu təxirəlalınmaz tələbi yerinə yetirmək üçün BMTİP tərəfindən görülən tədbirlərin bir hissəsidir” – bu sözləri BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti açılış nitqində söyləyib.

Akselerator Laboratoriyası təşəbbüsünün arxasında duran əsas ideya – adından göründüyü kimi – həll yollarının sınaqdan keçirilməsi və tətbiq olunmasıdır. Həll yolunun uyğun olub-olmamasına əmin olmaq üçün ənənəvi monitorinq və qiymətləndirmə metodlarında iki il və ya daha artıq vaxt tələb olunduğu halda, Akselerator Laboratoriyaları bu vaxtı aylara  hətta həftələrə qədər qısalda bilər.

  “Biz bu qlobal təşəbbüsdə BMTİP ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Bu şəbəkə əməkdaşlıq üçün yeni və hər bir milliyət və hər bir fərddən iştirak tələb edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün xidmət edəcəkdir” – bu sözləri Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Volfqanq Maniq deyib.

Bu laboratoriyalar, 21-ci əsrdə inkişaf problemlərini həll etmək üçün yeni imkanlarla, iqlim dəyişikliyi, idarəçilik və yoxsulluğun azaldılması sahəsində BMTİP-nin uzun-müddətli təcrübəsindən bəhrələnəcəkdir.

Qlobal səviyyədə, inkişafla bağlı xidmətlərə yenidən nəzər salmaq üçün bizim missiyamıza kömək etmək məqsədilə 150-dən çox alim, layihəçi və etnoqraf bu Laboratoriyalara qoşulur.

“Laboratoriyalar, yaranmaqda olan ən sürətli inkişaf trendlərini və ideyalarını ortaya çıxararaq və onları daha geniş çərçivədə işləyərək, 2030 Gündəliyinə daha yüksək templə nail olmağa xidmət edəcək.” - bu sözləri Qətər dövlətinin Azərbaycandakı səfiri cənab Faysal bin Abdulla Al-Hanza deyib.

Azərbaycanda artıq ağıllı şəhərlər, şəhər inkişafı, aqrobiomüxtəliflik, nəqliyyat, informasiya texnologiyaları və səhiyyə kimi sahələrdə innovativ həll yollarının xəritələşdirilməsi üçün tədqiqatçılardan, xəritələşdirmə və sınaqdan keçirmə üzrə mütəxəssislərdən ibarət yerli qrup təsis olunmuşdur

Qrup, ölkədə iş yerlərinin yaradılmasına, yeni vərdişlərin inkişaf etdirilməsinə və əlilliyi olan insanların yaşayışının yaxşılaşdırılmasına kömək edə bilən həll yollarının müəyyənləşdirilməsi və önə çəkilməsi üçün  yerli əhali və innovatorlarla birgə fəaliyyət göstərəcək və hökumət, beynəlxalq tərəfdaşlar və özəl sektorla əməkdaşlıq edəcəkdir.  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1869 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”