XƏBƏRLƏR




- 25/8/2020 Xaçmaz Reabilitasiya Mərkəzi əvvəl və indi
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verildi
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə bütün sosial proqramların bu il daha da genişləndirildiyini vurğulayan H.Abdullayev reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin də geniş vüsət aldığını bildirib. O qeyd edib ki, ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2020-ci ildə bu istiqamətdə işlər davam edir.
Nazir müavini deyib ki, avqustun 11-də Lənkəran şəhərində, 18-də isə Şəki şəhərində Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Xaçmaz şəhərində açılır. Beləliklə, bu ay, yəni avqust ayında artıq üçüncü reabilitasiya müəssisəsidir ki istifadəyə verilir. Bu isə əlilliyi olan şəxslərin həm reabilitasiya imkanlarının artmasına, həm də onların müasir tələblərə uyğun bərpa müalicə xidmətləri ilə təminatına imkan yaradır.
H.Abdullayev bu il Sumqayıt, Şirvan Reabilitasiya Mərkəzlərinin, Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Bildirib ki, 2020-ci ildə Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin açılması da planlaşdırılıb. Ümumilikdə bu il nazirliyin yeni 8 reabilitasiya müəssisəsinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq.
E.Rzayev rayonda belə bir müasir reabilitasiya ocağının yaradılmasının sosial sahəyə, həssas qruplara dövlət qayğısının daha bir əyani təzahürü olduğunu vurğulayıb.
Əlilliyi olan şəxslər çıxış edərək onların sosial təminatının gücləndirilməsi sahəsində atılan addımlara, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə keyfiyyətli reabilitasiya xidmətlərinin göstərilməsi üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər yeni prosedurlar tətbiq olunacaq. Mərkəzdə Xaçmaz və ətraf rayonlar üzrə il ərzində 600 əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstəriləcək.





Əlil Təşkilatları İttifaqı
Mətbuat Xidməti
Bu xəbər 2264 dəfə oxunub
























1.jpg)






































