XƏBƏRLƏR




- 8/9/2020 Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə
Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.
Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilib.
Bununla əlaqədar həmin şəxslərə pensiyalar da 2020-ci ilin sentyabr ayından etibarən hər ayın 14-16-sı aralığında ödəniləcək ki, bu da onların pensiyalarının hər ay daha tez ödənilməsi istiqamətində daha bir addımdır.
Eyni zamanda, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş və təyin olunacaq şəxslər hər hansı sualları olduqda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (012) 563-55-46; (012) 563-55-47; (012) 563-55-34 nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.
Bu xəbər 1220 dəfə oxunub
























1.jpg)






































