XƏBƏRLƏR




- 10/4/2021 Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək
məqsədilə onlayn sorğu keçirilir
"Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi" onlayn
sorğusunda iştirak et, sosial xidmətlərin təkmilləşməsinə töhvə ver!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədi ilə onlayn sorğu keçirir.
Sosial xidmət sahəsində vətəndaşların əsas ehtiyaclarını müəyyən etməyi hədəfləyən sorğunun nəticələri ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.
Sorğu anonim keçirilir, qiymətləndirmədə iştirak etmək istəyən şəxsdən adı, soyadı, ata adı və əlaqə nömrələrinin göstərilməsi tələb olunmur. Lakin sorğunun məqsədlərinə uyğun olaraq və əhali arasında sosial xidmətlərə ehtiyac tendensiyasının müəyyən olunması məqsədi ilə iştirakçı cinsiyyəti, təvəllüdü, ailə vəziyyəti və digər demoqrafik göstəriciləri qeyd etməlidir.
Onlayn sorğuda suallar cavablandırılarkən şəxsi təcrübəyə əsaslanmaq və səmimi olmaq vacib hesab edilir.
Sorğu nəticəsində toplanmış məlumatlar müxtəlif əhali qruplarının sosial xidmətlərə olan ehtiyac səviyyəsini müəyyən etməklə, bu xidmətlərin əlçatanlığı və yeni xidmətlərin yaradılması istiqamətində aparılan işlər zamanı nəzərə alınacaqdır.
"Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi" onlayn sorğusunda iştirak etmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 1026 dəfə oxunub
























1.jpg)






































