25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/4/2021 Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib


Bakı, 19 aprel, AZƏRTAC

2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının himayəsi altında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikası tərəfindən təqdim edilməsi nəzərdə tutulan üçüncü Könüllü Milli Hesabatın parlament, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirəsi təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, parlament nümayəndələri ilə müzakirələrdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Baş nazirin müavini Azərbaycanın regionda ilk ölkə olaraq, “Dayanıqlı inkişafın iqtisadi, sosial və ətraf mühit aspektlərinin gücləndirilməsi məqsədilə COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması: 2030 Gündəliyinə nail olmaq məqsədilə inklüziv və effektiv sistemin yaradılması” mövzusuna uyğun 3-cü dəfə Könüllü Milli Hesabatın təqdim olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Əli Əhmədov hesabatda yoxsulluğa son qoyulması, səhiyyə sisteminin inkişafı, ərzaq təhlükəsizliyinə nail olunması, məşğulluğun qorunması istiqamətində ölkədə görülmüş işlərin öz əksini tapdığını vurğulayıb. Eyni zamanda, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, şuranın katibi Hüseyn Hüseynov ölkəmiz tərəfindən təqdim ediləcək növbəti Könüllü Milli Hesabat barədə təqdimatla çıxış edib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə üçüncü Könüllü Milli Hesabatın özəl sektor nümayəndələri və qeyri-hökumət təşkilatları ilə müzakirələr keçirilib.

Müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas, BMTİP-in Azərbaycanda rezident nümayəndəsinin müavini Çaru Bist, DİM-lərin həyata keçirilməsində qeyri-hökumət təşkilatları və özəl sektorun rolunun əhəmiyyətini qeyd ediblər.

Müzakirələrdə mövzu ilə bağlı təqdimatlar keçirilib.

Yekunda Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının layihəsi müsbət qiymətləndirilib, DİM-lərin həyata keçirilməsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 969 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”