25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/6/2021 BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub


BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə artıq 500-dən çox şəxsin biznes-planı təsdiqlənib.  Həmin şəxslərin dayanıqlı biznes qurmaları üçün aktivlərlə təminatı işləri aparılır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti birgə layihələrin icra vəziyyətini müzakirə edərkən həmin layihənin həssas qrupların səmərəli məşğulluğuna mühüm dəstək olduğu vurğulanıb.

Nazir “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi üzrə  “Peşəkarlığın İnkişafı və İnnovasiyalar Platforması” (PROGRO) metodologiyası əsasında təşkil olunan təlimlərin gənclərin əmək bazarına inteqrasiya imkanlarının artırılmasında əhəmiyyətini qeyd edib. Bildirib ki, Nazirlik, BMT İP və USAID-in birgə icra etdiyi bu layihə üzrə təlimlərdə iştirak edən gənclərin böyük əksəriyyəti əldə etdikləri müasir bacarıqlar müqabilində işlə təmin olunublar.

Dünyanın aparıcı onlayn tədris sistemi olan “Coursera” ilə iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə təşkil olunan kursların əmək bazarına daxil olmaq üçün lazımi bilik və bacarıqların artırılmasına yönəldiyi bildirilib.

S.Babayev və A.Frakassetti hər iki layihənin, həmçinin əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsinə yönəlik birgə layihənin komponentləri üzrə aparılan işlərin cari vəziyyətini və görüləcək işləri müzakirə ediblər.

 

Əlil Təşkilatları ittifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 940 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”