25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/6/2021 “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən dastanı” filminin təqdimatı olub


“Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən dastanı” filminin təqdimatı olub

Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanmış, şəhid və qazilərimiz haqqında məlumatları özündə cəmləşdirən “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən Dastanı” filminin təqdimatı olub. Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, QHT nümayəndələri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

V.Behbudov bu tədbirin 26 İyun-Azərbaycan Respunlikasının Silahlı Qüvvələr günü ərəfəsində keçirildiyini bildirib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, rəşadətli Silahlı Qüvvələrimizin xalqımız üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Qeyd edib ki, “Unudulmazlar” mobil tətbiqi də ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan, onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən yeni layihədir.

Mobil tətbiq rayonlar üzrə də axtarış imkanı verir, qeyd olunan kateqoriyalara aid şəxslər barədə foto, video və bioqrafiya məlumatlarına əlçatanlığı təmin edir.

Agentlik sədri “Unudulmazlar” mobil tətbiqində haqqında məlumat yerləşdirilən şəxsin döyüş yolu, təltif və medalları barədə də məlumatların yer aldığını qeyd edib.

O, həmçinin Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanan “Vətən dastanı” filmindən bəhs edib. Filmin tarixi Zəfərimizə həsr olunduğunu bildirib. Digər çıxış edənlər “Unudulmazlar” layihəsinin və “Vətən dastanı” filminin əhəmiyyətindən bəhs ediblər.

Sonra “Vətən dastanı” filmi təqdim edilib.

Film ötən əsrin sonlarından başlayaraq erməni təcavüzkarlarının Azərbaycana qarşı baş qaldıran yeni ərazi iddiaları, 30 ilə yaxın müddətdə davam edən işğal faktı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edir.

 

Əlil Təşkilatları İttifaqı

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1001 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”