25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/6/2021 Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində əl işlərinin sərgisi açılıb


Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində

əl işlərinin sərgisi açılıb

 

4 saylı Bakı DOST Mərkəzində keçirilən sərgi 2 iyul tarixinədək davam edəcək

 

DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb.  30 iyun saat 13:00-dan 16:00-dək, 1-2 iyul saat 11:00-dan 16:00-dək olmaqla üç gün davam edəcək sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş olunur.

Sərginin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti, həmçinin tələbələr, valideynlər, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu tərəfindən birgə icra olunur.

4 saylı Bakı DOST Mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbində əlilliyi olan tələbələrə əlilliyi olmayan tələbələrlə birlikdə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir. Məktəb hamı üçün müyəssərliyi nəzərdə tutan universal layihələndirmə prinsipi əsasında hazırlanmış mebel və avadanlıqlarla təmin edilib. İnklüziv İncəsənət Məktəbi tələbələrə yeni bacarıqlar və biliklər verərək, onların özünüməşğulluq imkanlarını artırır.

Məktəbdəki kurslara daxil olmaq istəyən hər kəs https://bit.ly/3wn6gq5 linkindəki ərizə formasını dolduraraq müraciət edə bilər.

Keçirilən sərgi əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına,  cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Sərgidə nümayiş olunan əsərlərin satışı da nəzərdə tutulub və satışdan toplanan vəsait birbaşa olaraq məktəbin tələbələrinə təqdim ediləcək. Nümayiş olunan əl işləri ilə Bacarıqların İnkişafı və Tədris üzrə Virtual Laboratoriya (V-Lab) www.vlaboratoriya.sosial.gov.az platformasındakı elektron kataloq vasitəsilə də tanış olmaq mümkündür.

 

  Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 951 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”