XƏBƏRLƏR




- 6/7/2021 Gənclər Fondunun gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsi
- Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidirlər;
- Gənclər təşkilatlarının qrant müsabiqəsi çərçivəsində müsabiqəyə yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
- Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr yerli layihələr;
- Ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr beynəlxalq layihələr kateqoriyasına aiddir;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
- Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.
- Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 4 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.
- Dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə;
- Müraciət olunan layihələrin mövzulara uyğun olması, minimum 3 şəhər və ya rayonda həyata keçirilməsi və ya minimum 3 şəhər və rayondan gənclərin əhatə olunmasını nəzərdə tutan layihələrə üstünlük verilir.
- Layihə təklifləri 5 iyul 2021-ci il tarixindən başlayaraq təqdim edilə bilər.
- Layihə təklifləri üçün son müraciət tarixi 24 iyul 2021-ci il, saat 18:00-dək müəyyən edilib.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
5 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün 24 iyul 2021-ci il saat 18:00-dək layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxaq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin məbləği:
Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
Müsabiqənin başlama tarixi:
Layihə təkliflərinin qəbulu üçün son tarix:
Layihə müraciətləri üzrə mövzular üçün klik edin.
Qeyd: Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu ilə buradan tanış ola bilərsiniz.
Müraciət üçün: Elektron xidmətlər
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 1028 dəfə oxunub
























1.jpg)






































