25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/7/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş olub

 

İki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində

Anlaşma Memorandumu imzalanıb

 

Ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri  Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb. 2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əlaqələrin inkişafına imkan yaratdığını deyib. Ticarət və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini, ticarət dövriyyəsində ildən-ilə artımın olduğunu, 2021-ci ilin yanvar-may aylarında da bu artımın 55,39 faiz təşkil etdiyini  qeyd edib.

S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Erməni təcavüzünün ağır nəticələri barədə məlumat verən nazir işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. Həmin ərazilərin bərpası və yenidən qurulması prosesində dost ölkələrin iştirakının da ölkəmiz üçün prioritet olduğunu bildirib.

      Azərbaycanın sosial müdafiə sistemindən bəhs edən S.Babayev ölkəmizdə sosial ödənişlərin artırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin innovativ yeniliklərin tətbiqi üzərində keyfiyyətinin yüksəldilməsi, proaktiv xidmətlərin qurulması istiqamətində əldə olunan nailiyyətləri qeyd edib. Pandemiya dövründə ölkəmizdə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

Serbiya ilə əmək, məşğulluq, sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələri üçün böyük potensialın olduğunu vurğulayan nazir artıq bu sahədə qarşılıqlı fayda verəcək əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığını qeyd edib.

D.K.Tepavçeviç Serbiyanın Azərbaycana olan dost münasibətini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.  D.K.Tepavçeviç əmək, məşğulluq və sosial müdafiə sahəsində iktərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.

Görüşdə  Serbiyanın sosial sahədə islahatlar təcrübəsi barədə məlumat verilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”inin layihələri müzakirə olunub.

Həmçinin hərbi əməliyyatlar zamanı xəsarət almış şəxslərin, xüsusi qayğıya ehtiyac duyan uşaqların reabilitasiyası sahələrində görülən işlərə dair qarşılıqlı məlumat mübadiləsi olub.

Görüşün yekunu olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Keçirilən birifinqdə S.Babayev və D.K.Tepavçeviç imzalanan sənədin Azərbaycanla Serbiya arasında əlaqələrin artıq əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməklə daim genişlənməsinin növbəti bariz ifadəsi olduğunu vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq, uğurlu təcrübə mübadilələri üçün əsas yaratdığını vurğulayıblar.

Əlil Təşkilatları İttifaqı   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 946 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”