24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/7/2021 Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub


Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  son 6 ayda gördüyü işlər, sosial müdafiə sahəsindəki icra vəziyyəti müzakirə olunub. İclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulanıb, Fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi bildirilib. DSMF gəlirlərinin 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7,88% (134,12 mln. manat)  artaraq 1 mlrd. 836,85 mln. manat təşkil etdiyi qeyd olunub. Daxilolmalara dair illik proqnozun büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edildiyi diqqətə çatdırılıb.

Dövlət başçısının 2019-cu ilin dekabr ayında imzaladığı Fərmanla DSMF-nin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, Fondun öz fəaliyyətini əhaliyə xidmət modelinə keçid istiqamətində qurduğu vurğulanıb. Fəaliyyət sahələrinin optimallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib. İslahatların tərkib hissəsi kimi Fondun fəaliyyət sektorları üzrə mərkəzləşdirmə işləri aparılmaqla bu sahələrdə inzibati idarəetmənin təkmilləşdirilməsinə və xidmətin keyfiyyətinin, operativliyinin, habelə şəffaflığın təminatına nail olunduğu diqqətə çatdırılıb.

İclasda Fondun Maddi Məişət Şəraitinin Müayinəsi, Məhkəmə Mübahisələri ilə İş, Arxiv və İnventarlaşdırma, Sosial Ödənişlərin Təyinatı, Xüsusi Şərtlərlə Təyinat, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallarının son 6 aya dair fəaliyyətinə dair təqdimatlar edilib.

Eyni zamanda, şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron informasiya bazasının yaradılması işlərindən bəhs edilib. Yaradılmaqda olan məlumat bazasının müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacağı, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcəyi vurğulanıb.

 

 

  Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 898 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”