25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/7/2021 Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb


Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən

müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb

 

Azərbaycan media nümayəndələri 44 günlük Vətən müharibəsində də yüksək vətənpərvərlik ruhu ilə şanlı Zəfərimizə öz dəyərli töhfələrini verdi. Media nümayəndələri sırasında ön cəbhədə döyüşdə iştirak edənlər də az olmadı. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi qaziləri  olan bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə deyib.

Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsi şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini Ermənistanın işğalından azad etdi, xalqımızın 30 illik yurd həsrətinə  son qoyuldu.

S.Babayev KİV nümayəndələrinin də bu böyük qələbənin əldə olunmasında fəal iştirakını qeyd edib. Bildirib ki, jurnalistlər Vətən müharibəsində həm cəbhə xəttində reportyor kimi çalışdılar, eyni zamanda, səfərbərlik çərçivəsində ön cəbhədə döyüşçü kimi iştirak etdilər.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm və AzTV-nin əməkdaşı Abışov Sirac isə iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular.  Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Həmçinin Vətən müharibəsi iştirakçıları olan media nümayəndələrinin bir çoxu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə dövlət başçısının Sərəncamları ilə medallarla təltif ediliblər.

S.Babayev Nazirliyin kollektivi adından Vətən müharibəsi iştirakçıları olan jurnalistləri peşə bayramları ilə əlaqədar təbrik edib. Onlara həm Azərbaycan mətbuatının inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə təşəkkürünü bildirib.

Sonra jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından “Təşəkkürnamə”lər təqdim edilib.

 

 

  Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 979 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”