XƏBƏRLƏR




- 6/8/2021 Daha bir qrup qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Daha bir qrup qazimiz yüksək texnologiyalı
protezlərlə təmin edildi
Bu günədək 114 qazinin 118 yüksək texnologiyalı protezlə
təminatı həyata keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha bir qrup qazimizi yüksək texnologiyalı protezlərlə təmin edib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.
Beləliklə, Vətən müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.
“Genium” sistemi üzrə hazırlanan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər davam etdirilir.
Əil Təşkilatları İttifaqı
Bu xəbər 1062 dəfə oxunub
























1.jpg)






































