25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/8/2021 Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı 4 saylı DOST Mərkəzi ilə tanış olub


 

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı 4 saylı

DOST Mərkəzi ilə tanış olub

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov səfirə DOST konsepsiyası barədə məlumat verib. DOST Agentliyi və mərkəzlərinin Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradıldığını diqqətə çatdırıb. Nazir müavini  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaratdığını vurğulayıb.

A.Kərimov indiyədək Bakı şəhəri və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzinin yaradıldığını deyib. O, 2019-2025-ci illər üzrə Bakıda və ölkəmizin regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

DOST Agentliyinin sədri Fərid Məmmədov səfiri paytaxtın Binəqədi və Nərimanov rayonları üzrə xidmət göstərən 4 saylı DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, əhaliyə xidmətlərin göstərilməsi prosesi ilə tanış edib. Burada əmək, məşğulluq, sosial müdafiə, əlillik, pensiya, sosial sığorta, reabilitasiya, sosial müavinət və təqaüd, sosial xidmətlər və s. sahələr üzrə 152 növdə xidmətin göstərildiyi bildirilib. DOST Agentliyinin yaradılmasının ötən gün artıq 3 ilinin tamam olduğu,  bu vaxta kimi 472 minədək vətəndaşa DOST xidmətləri göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 97,5% təşkil etdiyi diqqətə çatdırılıb.

C.Bağçı mərkəzdəki İnklüziv İncəsənət Məktəbi, burada əlilliyi olan şəxslərin hazırladıqları əl işləri ilə də tanış olub. “142-Çağrı Mərkəzi”nin fəaliyyəti ilə tanış olan səfirə “Könüllü DOST” proqramı barədə məlumat verilib. İndiyə qədər 940 nəfərin bu proqramın məzunu olduğu, onlardan 99-nun DOST Agentliyi və DOST mərkəzlərində işlə təmin edildiyi, hazırda həmin mərkəzlərdə 186 könüllünün fəaliyyət göstərdiyi qeyd edilib.

DOST mərkəzlərinin elektron sistemləri, hazırlanan virtual DOST aplikasiyası, e-sistemlər üzərindən həyata keçirilən proaktiv təyinat mexanizmləri barədə də məlumat verilib.

C.Bağçı mərkəzdə vətəndaşlara müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı prinsipi ilə göstərilən xidmətlərlə bağlı xoş təəssüratlarını ifadə edib. Səfir DOST layihəsinin uğurlu bir yenilik, innovativ təcrübə olduğunu bildirib.

 

Əlil Təşkilatları ittifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1320 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”