24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/9/2021 Rəqəmsal transformasiya əmək bazarında yeni çağırışlar, peşələrə olan tələblərdə ciddi dəyişikliklər yaradır


Rəqəmsal transformasiya əmək bazarında yeni çağırışlar, peşələrə olan tələblərdə ciddi dəyişikliklər yaradır

“Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətini vətəndaş rifahının təminatı təşkil edir. Təkcə son üç ildə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt məhz sosial rifahın yaxşılaşdırılmasına yönələn sənədlər olub. Sosial rifah siyasətinin əsas tərkib hissəsi isə  məşğulluqla, əmək bazarı ilə bağlıdır.”

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı” adlı Beynəlxalq Konfransda çıxışında bildirib.

Nazir 4-cü Sənaye İnqilabı, rəqəmsal transformasiya şəraitində əmək bazarında yeni çağırışların ortaya çıxdığını deyib. Qeyd edib ki, məşğulluğun təbiətində, peşə və ixtisaslara olan tələblərdə ciddi dəyişikliklər baş verir. COVID-19 dövrü distant, virtual işə tələbatın artdığını göstərdi. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təqribən 15 faizinə tələbat kəskin azalacaq və yeni peşələrə ciddi ehtiyac yaranacaq.

S.Babayev rəqəmsal tarnsformasiyanı həyata keçirəcək mütəxəssislərə ehtiyacın artdığını, bu mütəxəssislərin də ali təhsil ocaqlarında, müxtəlif fəaliyyət sahələri üzrə qurumlarda,  birgə səylər nəticəsində formalaşmaqda olduğunu qeyd edib. O, öz ixtisas sahəsi üzrə işləyənlərin, ümumən məşğul əhali tərkibində ixtisaslı işçi qüvvəsinin az olduğunu deyib. Əmək bazarında peşələrə olan tələblərin dəyişməsinə uyğun şəkildə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, kvalifikasiyasının artırılmasının prioritetlərdən olduğunu diqqətə çatdırıb.

Sosial sahədə xidmətlərin rəqəmsalllaşdırılması istiqamətində atılan addımları qeyd edən nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 170 xidmətindən artıq 103-nün elektronlaşdıldığını, onların da böyük əksəriyyətinin proaktiv qaydada həyata keçirildiyini deyib. Növbəti 6 aylıq proqram əsasında Nazirliyin daha 50 xidmətinin elektronlaşdırılacağını, bununla Nazilrik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatacağını qeyd edib. Son üç ildə özünüməşğulluq proqramı çərçivəsində 27 min ailəyə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallar formasında dəstək verildiyini deyən S.Babayev bu işlərin daha da genişləndirilməkdə olduğunu bildirib.

Nazir hazırda məşğul əhalinin 36 faizinin kənd təsərrüfatı sahələrində çalışdığını qeyd edib.  İşəgötürənlərin 3,3 faizinin, muzdla çalışan işçilərin isə 2,8 faizinin həmin sahələrə aid olduğunu, kənd təsərrüfatı sahələri üzrə muzdla çalışanların çəkisinin, formal məşğulluq səviyyəsinin azlığını, bu iqtiqamətdə də artıma nail olunmasının vacibliyini vurğulayıb. Rəqəmsallaşma proseslərinə baxmayaraq, bir çox ənənəvi peşə sahələrinin aktual olaraq qalmaqda olduğunu, bu sahələr üzrə də bilik və bacarıqların artırılmasının önəmini qeyd edib.

 

Əlil Təşkilatları İttifaqı

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1038 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”