XƏBƏRLƏR




- 28/10/2021 İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 28 oktyabr tarixində BakuBus MMC-nin ictimai nəqliyyat sürücülərinə “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində Rəhimli Davud və Telman Yolçuyev tərəfindən təlim keçmişdir. Təlim Paketi Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış və Azərbaycan dilə tərcümə edilmişdir. Təlim Atəşgah Sığortanın sponsorluğu ilə keçirilmişdir.
Təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri əlilliklər haqqında daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır. Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilmiş və nəticələrin müqayisəsi aparılmışdır.
Bundan əlavə əlilliyi olan insanlar təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşmüş və öz tövsiyələrini vermişdir. İştirakçılar müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini bölüşmüş və fəal şəkildə təlimdə iştirak etmişdir, bucür təlimlərin cəmiyyət üçün faydalı olduğu bildirilmiş və daha geniş kütlə üçün keçirilməsini tövsiyə etmişdir.




Bu xəbər 1184 dəfə oxunub
























1.jpg)






































