XƏBƏRLƏR




- 4/2/2022 ABŞ səfirinin müavini Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ilə tanış olub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
ABŞ səfirinin müavini Sığınacaq və Sosial
Reabilitasiya Müəssisəsi ilə tanış olub
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirinin müavini Maykl Dikerson Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət edib.
O, Müəssisədə yaradılan şəraitlə və sosial işçilər, digər mütəxəssislər tərəfindən müəssisə sakinlərinə göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub. Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə M.Dikersona məlumat verilib.
Qeyd olunub ki, burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün şöbələr fəaliyyət göstərir. Həmin şəxslər qeyd edilən şöbələrə qəbul olunaraq sosial reabilitasiya xidmətləri ilə əhatə olunublar. Ötən il Müəssisədə 332 şəxsə sosial xidmətlər göstərilib.
Həssas əhali qruplarından olan şəxslərin reabilitasiyası istiqamətində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 667 dəfə oxunub
























1.jpg)






































