25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/2/2022 "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi yeni bir layihənin icrasına start verib.


"Səssiz Dünya " İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi yeni  bir layihənin icrasına start verib.

  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihə barəsində məlumat verən təşkilat sədri Aida Səfərova deyib ki, məqsəd Bakı şəhərində olan eşitmə və nitq məhdudiyyətli uşaqları Zəfər tarixi ilə bağlı məlumatlandırmaq, onlara bu Şanlı tarixi aşılamaqdan ibarətdir. Aida Səfərova layihənin ideyası barəsində ətraflı məlumat verib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu şanlı tarix barəsində nəinki indiki nəsil bundan sonrakı nəsil də danışacaq. Dillərdə əzbər olacaq Zəfərimizin təbliği ilə bağlı davamlı işlər görülür. Kitablar yazılır, mədəni tədbirlər təşkil edilir.

     Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Şanlı Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin keçirilməsi, bu zəfərlə bağlı sözügedən kateqoriyaya aid olanlar arasında təbliğat aparmağa qərar verdik.  Bunun üçün Zəfər tarixini özündə əks etdirən tamaşa səhnələşdiriləcək. Bu tamaşanın  əlilliyi olan uşaqlar üçün 3 və 2 nömrəli Respublika xüsusi internat məktəblərində nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün primierası həyata keçiriləcək.

    Onun sözlərinə görə,  səhnələşdirilən tamaşa 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanacaq. Bununla yanaşı 200 ədəd surdotərcümə kitabı çap olunaraq uşaqlar arasında paylanacaq.

 

Əlil Təşkilatları İttifaqı  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 743 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”