XƏBƏRLƏR




- 15/2/2022 “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi autizm spektri pozuntusu, daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Uşaqların inkişafındakı əqli, nitq, fiziki, psixoloji və sosial sahələri inkişaf etdirmək üçün ixtisaslaşmış təlimlərin təşkili onların həm cəmiyyətdə, həm də evdə insanlarla olan ünsiyyət problemini aradan qaldırmaqla, müxtəlif məşğuliyyətlərə cəlb olunmasına şərait yaradacaqdır. Hal-hazırda ictimai birlik layihənin ilkin mərhələsini həyata keçirir. Sumqayıt Tibb Mərkəzi ilə əməkdaşlıq etməklə ixtisaslaşmış həkim heyəti ilə görüşlər keçirir, layihə haqda məlumat verir və şəhər xəstəxanalarının poliklinika şöbələrində qeydiyyatda olan ən ağır şəraitdə yaşayan ailələrdəki uşaqların reabilitasiyaya cəlb olunması həyata keçirilir. Layihə çərçivəsində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdə(ailə başçısı itirilmiş, valideynləri müxtəlif ağır xəstəlikdən əziyyət çəkən, şəhid və diğər kateqoriyalı)yaşayan 3-18 yaş arası autizm spektri, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən 25 sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası həyata keçiriləcəkdir. Layihəyə Sumqayıt şəhəri ilə yanaşı ətraf qəsəbələrdə yaşayan ailələrdəki uşaqlarda cəlb olunacaqdır.
Bu xəbər 857 dəfə oxunub
























1.jpg)






































