XƏBƏRLƏR




- 2/2/2022 “Kənd yerlərində əlilliyi olan şəxslər üçün xidmətlərinin inkişaf etdirilməsi” layihəsi
- - Əlil təşkilatları məlumat kitabı
- - Bu bizik
- - MƏLUMAT KİTABI
- - Standartlar
- - CRDP
- - BU BİZİK
- - ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİ HÜQUQİ TƏMİNATLARI
- - BU BİZİK - “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi
- - BU BİZİK - “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi”
- - “Hamı üçün bərabər imkanlar – əlilliyi olan şəxslər üçün menəsiz mühitin yaradılmasına dəstək”.
- - "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"
Press Reliz
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Kənd yerlərində əlilliyi olan şəxslər üçün xidmətlərinin inkişaf etdirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində Qusar, Şəki və Göyçay rayonlarının ucqar kəndlərində yaşayan əlilliyi olan şəxslərin ehtiyaclarının öyrənilməsi, təlimlərin keçirilməsi, xidmətlərə çatımını asanlaşdırılması və xidmətlərin göstərilməsidir. Qeyd etmək istəyirik ki, həmin kəndlər rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdir.
Layihənin yerinə yetirilməsi Yerli İcra hakimiyyəti orqanları, bələdiyyə, icmalar, yerli QHT-lər və əlilliyi olan şəxslər ilə əməkdaşlıqla və birgə həyata keçirilir.
Göstərilən tələblərə uyğun olaraq qeyd olunan rayonların hər birində 10 ucqar kənd və bu kəndlərdə yaşayan əlilliyi olan şəxslər müəyyənləşdirilərək nəzərdə tutulan müvafiq fəaliyyətlər yerinə yetirilir.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq fəaliyyətlər Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın təsdiq etdiyi qaydalara ciddi riayət olunmaq şərti ilə, o cümlədən sosial məsafənin gözlənilməsi, maskalardan istifadə, otağın dezinfeksiyası, hava şəraiti imkan verərsə tədbirlərin açıq havada keçirilməsi qaydalarına ciddi əməl olunmaqla yerinə yetirilir.
Əlil Təşkilatları İttifaqının (ƏTİ)
Mətbuat Xidməti
Bu xəbər 602 dəfə oxunub
























1.jpg)






































