XƏBƏRLƏR




- 18/3/2022 DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, ISO standartlarının tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək. DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən F.Məmmədov Agentlikdə indiyədək görülən işlər və gələcək layihələr barədə məlumat verib.
Tədbirdə Böyük Britaniyanın LRQA təşkilatının regional meneceri, Türkiyə və Şərqi Avropa təmsilçisi Burak Can qeyd edilən 4 istiqamət üzrə audit zamanı Agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmadığını və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görüldüyünü qeyd edib.
Beynəlxalq idarəetmə standartları sahəsində məsləhət xidməti olan “Bureau De Qualite” MMC-nin direktoru Asif İbrahimov müəssisə və təşkilatlarda ISO standartlarının tətbiqinin xidmət keyfiyyətinin yüksəldilməsi üçün vacib olduğunu bildirib.
Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə Agentliyin bütün işçi heyəti cəlb edilib. Bununla bağlı 49 nəfərdən ibarət işçi qrup yaradılıb və standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi (İMS) olaraq tətbiq edilməyə başlanıb. İMS-in tətbiqi zamanı ilkin olaraq Agentliyin mövcud vəziyyəti qiymətləndirilib, güclü və zəif tərəfləri təhlil edilib. Daha sonra Agentliyin bütün prosesləri İMS-in tələblərinə uyğunlaşdırılıb.
Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra bu standartlara uyğunluğun qiymətləndirilməsi LRQA tərəfindən həyata keçirilib.
Tədbirin sonunda B.Can F.Məmmədova 4 istiqamət üzrə ISO beynəlxalq sertifikatlarını təqdim edib. DOST Agentliyinə verilən sertifikatlar dünyanın ən tanınmış UKAS akkreditasiyasının möhürü ilə təsdiq olunub.
Sonda tədbir iştirakçıları üçün 1 saylı Bakı DOST Mərkəzinə infotur təşkil olunub.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 832 dəfə oxunub
























1.jpg)






































