25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/3/2022 Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir


Agentliyin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yaz tətilində uşaqların vaxtının səmərəli keçirilməsi məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində sağlamlıq imkanları məhdud uşaqlara təlimlərin keçirilməsini davam etdirir. Bir fevral tarixindən “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi autizm spektri pozuntusu,daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq,onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu barədə Sosialxəbər.az – a Birliyin sədri, layihə rəhbəri Zeynəb Hacıyeva məlumat verib. Onun sözlərinə görə, layihəyə autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən 25-dən artıq sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunmuşdur. Eyni zamanda keçirilən təlimlərə ailədəki digər diqqətdən kənar qalan və inkişaf ləngiməsi olan uşaqlarda qatılmışdır. Hal-hazırda uşaqların yaz tətili günləridir. Uşaqlara tətil günlərini maraqlı və rəngarəng etmək məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində 22-25 mart tarixində mütəxəssislər tərəfindən müxtəlif mövzularada fərdi və qrup şəklində təlimlər keçirilmişdir. Təlimlərdə uşaqlar mütəxəssislərin dəstəyi ilə bahar mövzusunda müxtəlif rəsmlər çəkmiş və maraqlı aplikasiya işləri görmüşlər. Təlimlərə ictimai birliyin fəallarından xüsusi istedadı ilə seçilən fiziki imkanları məhdud olan Məmmədov Yusif Ağa oğluda qatılmışdır. Yusifin təsviri incəsənətə sonsuz maraqı vardır. Sulu boya və akvarel ilə müxtəlif mövzuda şəkillər çəkir. Çəkdiyi rəsmlər bir çox sərgilərdə nümayiş olunmuşdur. İctimai birliyin rəhbəri Zeynəb Hacıyeva Yusifə gələcək işlərində böyük uğurlar və naliyyətlər arzulamışdır. Yazın gəlişi ilə çəkdiyi çiçək rəsmini Yusif böyük sevgi ilə ictimai birliyə hədiyyə etmişdir. Təlimlərin sonunda uşaqlar gördükləri işləri böyük həvəslə valideynləri ilə qismən də olsa bölüşürdülər. Uşaqların gördüyü kiçik bir iş valideynlərdə böyük ruh yüksəkliyi yaradır və onların gələcəkdə daha çox bacarıqlara nail olacağına ümid verir. Bütün təlimlərin sonunda mütəxəssislər tərəfindən valideynlərə tövsiyələr verildi.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 786 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”