25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/3/2022 Nazir Sahil Babayev Dubayda İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ KOB Forumunda çıxış edib


Nazir Sahil Babayev Dubayda İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən

Azərbaycan - BƏƏ KOB Forumunda çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan - BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda çıxış edib.

Konfrans çərçivəsində “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda keçirilən “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbir KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsi məqsədi daşıyıb.

Nazir Azərbaycan Hökumətinin ilk günlərdən COVID-19 pandemiyasına qarşı mübarizə istiqamətində atdığı zəruri addımları, həyata keçirdiyi kompleks tədbirləri, bu tədbirlər nəticəsində ötən il ÜDM-in 5,6 faiz artdığını bildirib.

S.Babayev ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 6,5 milyard manat (təqribən 3,8 milyard ABŞ dolları) olan və ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketinin həyata keçirildiyini diqqətə çatdırıb. Aparılan sosial islahatlar nəticəsində sosial ödənişlərdə 65 faiz, minimum pensiyada 2,2 dəfə, orta pensiyada 60 faiz, minimum əmək haqqında 2,3 dəfə, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verdiyini vurğulayıb.

Nazir sosial xidmətlərin vahid platformadan, şəffaf, operativ göstərilməsi üçün yaradılmış DOST mərkəzləri, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib.  İnnovativ nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasirləşməsinə töhfə verdiyini vurğulayıb.

Nazirliyin 170 xidmətindən 110-nun rəqəmsal formada göstərildiyini qeyd edən S.Babayev son illər qurulmuş “Məşğulluq” e-sisteminin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, ölkədə məşğulluq yönümlü iqtisadi inkişaf siyasəti həyata keçirilir, mikro, kiçik və orta sahibkarlıq dəstəklənir, hökumət, işəgötürənlər və işçilərin nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir.

S.Babayev son 5 ildə həyata keçirilən özünüməşğulluq proqramının dəstəyi ilə 48 mindən çox ailənin öz təsərrüfat və müəssisələrini yaratdığını, Dünya Bankı, BMT İnkişaf Proqramı, müxtəlif biznes strukturlarının da bu proqrama cəlb olunmasının proqramın uğurlarının artmasına imkan verdiyini bildirib.

O, 2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları həyata keçirdiyini və 44 günlük döyüşlərdə əldə etdiyi böyük Zəfəri qeyd edib. Ölkəmizin işğaldan azad edilmiş  ərazilərində innovasiya və texnoloji inkişaf, smart konsepsiyalar əsasında aparılan yenidənqurma və bərpa işlərini diqqətə çatdırıb.

S.Babayev iki ölkənin işgüzar əlaqələrinin inkişafının əməkdaşlığın daha da möhkəmlənməsinə və ölkələrimizdə insan kapitalının inkişafına da mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi–ticarət əlaqələrindən, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıqdan, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstəkdən bəhs edib.

Sahibkar, Azərbaycan Qadın Sahibkarlar Təşkilatının təsisçisi Tatyana Mikayılova, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev də çıxış ediblər.

Forum birgə biznes təşəbbüsləri üçün perspektivlərə dair panel müzakirələrlə davam edib.

Tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda da olublar.  KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar da keçirilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 911 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”