XƏBƏRLƏR




- 30/4/2022 Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant
Orxan Əkbərovun ailəsi ziyarət olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
İki övladı yadigar qalan şəhidimizin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, Vətən Müharibəsi Qəhrəmanı üçün nəzərə tutulmuş Prezident təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir. Şəhidin həyat yoldaşı özünüməşğulluq proqramına cəlb edilib və kiçik ailə təsərrüfatı yaradılıb.
Görüşdə şəhid O.Əkbərovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimizin, o cümlədən şəhid O.Əkbərovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.
Şəhid ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 620 dəfə oxunub
























1.jpg)






































