25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/5/2022 DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib


DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də

təkmil islahat kimi dəyərləndirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi növbəti beynəlxalq uğura imza atıb. Avropa İttifaqının (Aİ) iqtisadi əməkdaşlıq üzrə nailiyyətlər və Azərbaycanda biznes mühitinin inkişaf etdirilməsinə dair “Aİ Biznes Mühiti Hesabatı-2021” nəşrində DOST mərkəzləri ölkədə həyata keçirilmiş təkmil islahatlardan biri kimi dəyərləndirilib.

“Aİ Biznes Mühiti Hesabatı-2021” Azərbaycandakı mövcud biznes mühitinin müstəqil qiymətləndirilməsini təmin edir və trendləri müəyyən etməyə imkan verir. Təcrübəli ekspertlərin iştirakı ilə keçirilən bu ilki sorğuların nəticəsi Azərbaycanda fəaliyyət göstərən, 24 Avropa ölkəsindən olan 139 şirkət arasında aparılmış sorğu və 27 müsahibəyə əsaslanır.

Hesabatda Azərbaycanda siyasi və sosial stabillik investorlar tərəfindən əsas qiymətləndirilən faktor kimi göstərilib. Bundan əlavə, nəşrdə biznes intizamı etikası, korrupsiyanın aradan qaldırılması üzrə tədbirlər və peşə təhsilinin keyfiyyəti inkişaf etdirilən amillər kimi göstərilib.

Sosial islahatların sırasında DOST mərkəzlərinin fəaliyyəti investorlar tərəfindən xüsusilə qiymətləndirilib. Nəşrdə 2021-ci ildə ölkəmizdə daha iki DOST mərkəzinin açıldığı, 2025-ci ilə qədər bütün ölkə ərazisini əhatə edəcək 17 DOST mərkəzinin fəaliyyətə başlayacağı qeyd olunub.

Bundan əlavə, DOST Agentliyinin BMT Əhali Fondu, BMT İnkişaf Proqramı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıqda müxtəlif proqramlarda iştirakı diqqətə çatdırılır. Xüsusilə də Agentliyin fəaliyyətinin effektivliyinin beynəlxalq təsdiqi olaraq 2022-ci ilin aprel ayında Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Qeyd edək ki, təkcə bu il DOST Agentliyi 5 beynəlxalq mükafatla - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) mükafatı və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3 mükafatı ilə təltif olunub.

DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.

Bu uğurlar Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərinin, o cümlədən DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bir daha təsdiq edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası ölkəmizin mühüm sosial uğurlarından biri olmaqla, 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verib.

 

Əlil Təkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 879 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”