31 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/7/2022 “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin növbəti təqdimat mərasimi keçirildi.


05 iyul 2022-ci il tarixində Bakı şəhərindəki “Azərkitab” Təbliğat Mərkəzində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırladığı “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin növbəti təqdimat mərasimi keçirildi.

Mərasimdə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, Milli Qəhrəmanların, şəhid ailələrinin valideynləri, ailə üzvləri, elm və təhsil xadimləri, ziyalılar, jurnalistlər iştirak ediridilər. Qeyd edək ki, film Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində – 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlmiş Zakir Məcidovun, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Samid İmanovun, Vətən Müharibəsində canını vətən uğrunda fəda etmiş Camal İsmayılovun qəhrəmanlıqlarla dolu həyat yolundan bəhs edir. Filmin ideya müəllifi və layihə rəhbəri Akif Kərimov, quruluşçu rejissor Bəhram Yaqublu, operator Nicat Nağızadə, montajçı Zaur Babayev, redaktor Böyükağa Mikayıllıdır. Filmin mətni Cəlal Məmmədov tərəfindən səsləndirilib.

 

Mərasimdə öncə film nümayiş olundu. Nümayişdən sonra mərasimin aparıcısı Elnar Məmmədli çıxış etmək üçün iştirakçılara söz verdi. “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, şəhid Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov, Samid İmanovun həyat yoldaşı Badam İmanova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Camal İsmayılovun anası Filarə xanım, pedaqoji elmlər doktoru, professor Nazim Kazımov, təhsil eksperti Kamran Əsədov, qht.az saytının rəhbəri Cəsarət Hüseynzadə və başqaları qəhrəmanların keçdikləri ömür yoluna nəzər saldılar. Qeyd etdilər ki, yüksək peşəkarlıqla ərsəyə gətirilən film gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında müstəsna əhəmiyyətə malikdir. “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi də məhz bu amili nəzərə alaraq belə bir layihə ilə çıxış edib. Vətənpərvərlik mövzusunda layihələrə hər zaman diqqət yetirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də layihəni dəstəkləyərək onun icra olunmasına şərait yaradıb. Təqdirəlayiq hal kimi vurğulandı ki, Qeyri-Hökumət Təşkilatları son illər şəhidlər, milli qəhrəmanlar, qazilər haqqında bir-birindən maraqlı süjet xəttinə malik filmlər ərsəyə gətiriblər.

Çıxış edənlər onu da vurğuladılar ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkədə qismən səfərbərlik haqqında qanun imzaladıqdan sonra Azərbaycanın bütün bölgələrindən olan gənclər vətənpərvərlik ruhu nümayiş etdirərək böyük həvəslə ordu sıralarına yazıldılar. Hər bir gəncimiz vətənin müdafiəsini özünün şərəf işi hesab edərək torpaqlarımızın azadlığı uğurunda ləyəqatlə vuruşdu.

Sonda vurğulandı ki, film youtube kanalı, eləcə də sosial şəbəkələr vasitəsilə yayımlanmaqdadır. Gənclərin vətənpərvərlik mövzusunda filmləri izləməsi olduqca vacib məsələdir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 674 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”