XƏBƏRLƏR




- 16/7/2022 “Məşğulluq marafonu” üzrə 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Məşğulluq marafonu” üzrə 2500-ə yaxın
şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.
Həmin vakansiyalar üzrə artıq 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2044 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 743 dəfə oxunub
























1.jpg)






































