XƏBƏRLƏR




- 20/7/2022 Gözdən əlilliyi olan şəxslərin sosial təminatı gücləndirilir
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Gözdən əlilliyi olan şəxslərin sosial təminatı gücləndirilir
Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Sosial islahatlara uyğun olaraq gözdən əlilliyi olanların sosial ödənişlərinin də məbləği ötən dövrdə dəfələrlə artırılıb, onlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub.
Nazirliyin sifarişləri əsasında icra olunan layihələrlə bu kateqoriyadan olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.
Gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilir. Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.
Son iki ildə 400-dək görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması davam etdirilir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 623 dəfə oxunub
























1.jpg)






































